Azərbaycanla sərhəddə silahlı insident törədən Gürcüstan vətəndaşına rəsmi ittiham irəli sürülüb
Baxiş sayı:
Dərc olunub:
16/01/2020 - 14:43
Azərbaycanla sərhəddə yanvarın 14-də silahlı insident törədən Gürcüstan vətəndaşı Giorgi İçukaidzeyə qarşı rəsmi ittiham irəli sürülüb.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.
Həmin şəxs odlu silah və sursatın qanunsuz əldə olunması, saxlanılması və girov götürülməsində ittiham olunur.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.