Medvedev Putinin sərəncamından əvvəl istefa veribmiş – “Kommersant" gizlinləri açdı

Rusiyanın keçmiş baş naziri Dimitri Medvedev prezident və icra hakimiyyətlərinin birləşdirilməsinin tərəfdarı imiş. Bunu yanvarın 16-da “Kommersant” qəzeti yazıb.

Nəşrin yazdığına görə, Medvedev bunu hələ 2019-cu ilin sonlarında istəyirmiş. Ancaq bu, yanvarın 15-də Putinin təklif etdiyi islahatlardan fərqlidir. Yəni, ABŞ-da olduğu kimi prezident de-fakto icra hakimiyyətinin başçısıdır.

Amma mənbə qeyd edir ki, Putin yanvarın 15-də “superprezident” sistemindən imtina edərək, yeni Dövlət Şurası səlahiyyətli prezident-parlament respublikası yaradılmasını bəyan etdi.

Məlumata görə Putin illik müraciətindən sonra Medvedevlə görüşüb və sonda keçmiş baş nazir istefa verdiyini bəyan edib. Amma prezidentin həmin gün axşam imzaladığı fərman deyir ki, onu məhz Putin istefaya göndərib.

Vladimir Putin bu vəzifəyə Federal vergi xidmətinin rəhbəri Mixail Mişustinin namizədliyini irəli sürüb və baxılmaq üçün Dövlət Dumasına göndərib. Artıq Putinin hakim partiyası onun namizədliyini qəbul edib və yanvarın 16-ı axşam saatlarında məsələ Dumada səsə qoyulmalıdır.

53 yaşlı Mişustin 2010-cu ildən vergi sistemində çalışırdı. (azadliq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar