Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində dünən gözündə katarakta əməliyyatına girən qadının başına ağlasığmaz hadisə gəlib. Belə ki, xəstə yaşlı qadın əməliyyatxanadan ağlaya –ağlaya, üzündə göyərmə və hematoma ilə çıxıb.
Bu barədə Medicina.az-a xəstənin qızı məlumat verib.
“Anam 2 dəfə insult keçirib, nitqində bir az qüsur var. Gözündə katarakta əməliyyatı ilə bağlı xəstəxanada Emil Hüseynov adlı həkimlə danışmışdıq. İlk söhbətdə həkim yaxşı təəssürat bağışladı. Həkim xəstənin də insultdan sonra bir qədər narahat olduğunu bilirdi. Əməliyyat günü bizə səhər 8-də gəlin dedilər, anamı içəri aldılar, amma xəstə yaxınlarını buraxmadılar. Biz, digər xəstə yaxınları da 1 saat soyuq, yağışlı havada küçədə dayanmalı olduq.
Anam əməliyyatdan çıxanda şoka düşdük. O, göz yaşları içində, üzü göyərmiş, şişmiş halda idi. Elə bildik əməliyyatda belə olur. Bir anlıq duruxduq. Amma sonra düşündük ki, gözdə zərgər dəqiqliyi ilə aparılan əməliyyatda anamın üzü niyə göyərsin?
Anam ağlamaqdan boğula-boğula anlatdı ki, onu həkim Emil Hüseynov içəridə söyüşlə təhqir edərək, yanağından vurub.
Baş həkimin qəbuluna gedib, məsələni danışdıqda, “belə şey ola bilməz deyib”, heç həkimi çağırmadılar”.
Elə xəstəxanadaca 102 xidmətinə şikayət edib, məsələni rəsmiləşdirən xanıma bir neçə dəqiqə sonra Emil Hüseynov özü zəng edərək, şikayəti geri götürmək üçün xahiş etməyə başlayıb:
“Həkim dedi ki, bəzi səbəblərdən əsəblərini cilovlaya bilməyib və xəstəni yüngülcə vurub: “Hər kəsdə belə hal ola bilər. Pulunuzu qaytarıb, üzr istəyə bilərəm”.
Mənsə bu təklifdən imtina edib, şikayətimdə qaldım. İndi hüquq-mühafizə orqanlarından müdaxilə gözləyirəm, anamı ekspertdən də keçirəcəm.
Mən hələ də dövlət səviyyəli klnikada belə özbaşınalığın olmasına inana bilmirəm”.


Şərhlər
Əsəblərinin gərgin olan vaxtına düşüb deyə bu hadisəni bu gözəl həkimə bağışlamaq olar. Emil Hüseynov bir dənə həkimdir!
Günahkar elə Xəstəxananın baş həkimidir.Əgər baş həkim yerində olan birisi olsaydı belə hadisə baş verməzdi.Bunların baş verməsinə səbəb VÜŞVƏTDİR. BU RÜŞVƏTİN ƏLAQƏDAR ORQANLAR ARASINDA BÖLÜŞMƏSİDİR.Odur ört-basdır edirlər. BAŞ HƏKİM İŞDƏN QOVULMALI VURAN HƏKİM HƏBS OLUNMALIDIR.Əsas günahkar O ŞİRƏLİYEVDİR.O MÜALİCƏYƏ XARİCƏ GEDİR Mən məcburən irana öedirəm həm müalicə həmdə dərmanlar bizdən 70-faiz ucuzdur.MƏS.148-azn olan dərman iranda 35-azn ,85-azn olan isə 2-50-qəp dir Şəkər ölcmək ücün testin bir qutunun əvəzinə İRANDAN 10-qutu almaq olur.BAX BUDUR BİZİN SƏHİYYƏNİN VƏZİYYƏTİ.
Emil Hüseynov çox yaxşı həkimdir. Xəstələrə çox səmimi münasibət bəsləyir. Xahiş edirik doktorun bu hərəkətini üzürlü sayasınız. Keçmiş xəstə Əliyeva Sadiqəasibət bəsləyir. Bu hadisəyə isə təəssüflənirəm. Xahiş edirəm ki, bu hadisəni üzürlü sayasınız.Keçmiş xəstə Əliyeva Sadiqə
Əsas ... xəstəxananın baş həkimidir.Əgər baş həkim yerində olan birisi olsaydı belə hadisə baş verməzdi.