Menu

Bakıda 31 yaşlı kişi narkotikdən zəhərlənərək ölüb

18.01.2020, 16:44
Bakıda 31 yaşlı kişi narkotikdən zəhərlənərək ölüb

Bakıda küçədə meyit tapılıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin, rayon sakini, 1989-cu il təvəllüdlü Əsgərov Ədalət Hacıbaba oğlu olması müəyyən edilib.

Meyitin ilkin müayinəsi zamanı Ə. Əsgərovun narkotikdən zəhərlənərək öldüyü məlum olub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol