Menu

Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb

18.01.2020, 22:16
Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində “Mercedes” markalı mikroavtobus yolu keçən təxminən 50-55 yaşlı kişini (şəxsiyyəti dəqiqləşdirilir) vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol