AFFA-nın İcraiyyə Komitəsinə namizədlərin adları açıqlanıb

AFFA nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, federasiyanın 2020-cı il yanvarın 28-də təşkil olunacaq növbəti Konfransında İcraiyyə Komitəsinə seçki keçiriləcək. Bu barədə “Report” AFFA-nın saytına istinadən xəbər verir.

Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Konfransın keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır. Bu gün qeyd olunmuş müddət başa çatıb. İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını diqqətinizə çatdırırıq:

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer

1. İsgəndər Cavadov – Qərb Regional Futbol Federasiyası tərəfindən

2. Kazbek Tuayev – Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən

3. Elxan Məmmədov – Şimal Regional Futbol Federasiyası tərəfindən

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer

1. Zaur Axundov – “Keşlə” FK tərəfindən

2. Rauf Əliyev – “Səbail” FK tərəfindən

3. Vaqif Sadıqov – “Sumqayıt” FK tərəfindən

4. Elşad Nəsirov – “Neftçi” PFK tərəfindən

5. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

1. Firudin Qurbanov – Tələbə Futbol Federasiyası tərəfindən

2. Mahir Məmmədov – Futzal Federasiyası tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer

1. Elmar Məmmədyarov – Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən

2. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar