Ərdoğanla Merkel Liviya məsələsini müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

“Report”un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata görə, Türkiyə prezidenti ilə Almaniya kansleri Liviyada yaranmış vəziyyəti müzakirə ediblər.

“Bizim prezident Angela Merkellə telefonla danışıb. Danışıqların gedişatında tərəflər regional məsələləri, xüsusən Liviyada yaranan vəziyyəti müzakirə ediblər”, - deyə xəbərdə bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar