Menu

Bakıda qaçırılan avtomobil tapıldı

19.01.2020, 00:30
Bakıda qaçırılan avtomobil tapıldı

Bakıda avtomobil qaçırılıb.

"Report"un xəbərinə görə, hadisə yanvarın 18-də “Qara Qarayev” metrostansiyasının yaxınlığında qeydə alınıb.

Bülbülə qəsəbə sakini Rəşad Məmmədov “69-BE-698” dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı, ağ rəngli avtomobili qaçırıb.

Suraxanı Rayon Polis İdarasi Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində qaçırılan avtomobil Əmircan qəsəbəsində müəyyən olunaraq saxlanılıb və 31-ci Polis Bölməsinə (PB) təhvil verilib.

Faktla bağlı 31-ci PB-də araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol