İranın vurduğu təyyarədə həlak olanların meyitləri Ukraynaya gətirilib

İranın vurduğu təyyarədə həlak olanların meyitləri Ukraynaya gətirilib.

APA-nın "112. Ukraina" telekanalına istinadən verdiyi məlumata görə, bu gün meyitlərin olduğu təyyarə Kiyevin “Borispol” aeroportuna enib.

Qarşılanma mərasimində Ukrayna Prezidenti Vladimir Zelenski, Baş Nazir Aleksey Qonçaruk və Ali Radanın spikeri Dmitriy Razumkov iştirak edib.

Həlak olanların xatirəsinə həsr edilmiş mərasim “Borispol” aeroportunda yerli vaxtla saat 12.00-da keçiriləcək.

Qeyd edək ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinın yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması barədə məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

Daha sonra İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğuna dair bəyanat yayıb. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar