Azərbaycan, İran və Türkiyə sərhədçilərinin üçtərəfli görüşü keçiriləcək

İran, Azərbaycan və Türkiyə sərhədçilərinin üçtərəfli görüşü keçiriləcək.

APA-nın yerli bürosunun məlumatına görə, bunu bu gün Astarada Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşdən sonra jurnalistlərə açıqlamasında İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayi bildirib.

Q. Rzayi deyib ki, hər gün Azərbaycan və İran sərhəd keçid məntəqələrindən qanuni şəkildə 8 minə qədər insan keçir: “Bu, iki ölkə arasında münasibətlərin inkişafının bariz nümunəsidir. Hər iki dövlət səy göstərir ki, ölkələr arasında istər dəmiryolu, istər avtomobil yolu sahəsində əlaqələr inkişaf etdirsinlər. Biz sərhədçilər olaraq bu layihələrin inkişafına töhfə vermiş oluruq. Bu layihələrin icrası iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına təkan göstərən amildir. Bu görüşün özü də sərhəd münasibətlərinin inkişafına böyük töhfədir. Bu günkü görüşdə qərara aldıq ki, mövcud münasibətlərimizi daha da inkişaf etdirək. Bizim bugünkü görüşümüz regionda vəziyyəti gərginləşdirmək istəyən qüvvələrə ciddi bir mesajdır. Heç bir qüvvə bizim dövlətlər və millətlər aralarındakı münasibətlərə nifaq sala və münasibətləri poza bilməz. Bizim bu münasibətlər pozulmaz və möhkəmdir. Gələcək planlarımızda Elçin Quliyevin Tehrana səfəri, bizim Bakıya səfərimiz və ondan sonra da İran, Azərbaycan sərhədçilərinin və Türkiyə jandarmeriyasının iştirakı ilə üçtərəfli görüş planlaşdırılır. Bu görüşlər özləri də regionda münasibətlərin inkişafına təsir göstərən amil və regionda vəziyyəti çətinləşdirmək istəyən qüvvələrə bir mesajdir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar