Menu

Yəməndə hərbi düşərgənin atəşə tutulması nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb

19.01.2020, 20:36
Yəməndə hərbi düşərgənin atəşə tutulması nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb

Yəməndə hərbi düşərgənin “Ənsar Allah” (husilər-red) qruplaşmasının silahlıları tərəfindən atəşə tutulması nəticəsində ölən hərbçilərin sayı 100 nəfərə çatıb.

“Report”un məlumatına görə, bu barədə “Al Jazeera” telekanalı ölkənin Xаrici İşlər Nаzirliyinə istinadən xəbər verib.

Xаrici İşlər Nаzirliyindən bildirilib ki, “Ənsar Allah” (husilər-red) qruplaşmasının silahlılarının hədəfi Yəmən ordusu alayının 4-cü düşərgəsindəki məscid olub.

Daha əvvəl atəş nəticəsində 80 nəfərin həlak olduğu, 150 nəfərin yaralandığı bildirilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol