Menu

“Liverpul” “Mançester Yunayted”ə də qalib gəlib

19.01.2020, 22:44
“Liverpul” “Mançester Yunayted”ə də qalib gəlib

İngiltərə Premyer Liqasında XXIII tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, son oyun günündə 2 qarşılaşma baş tutub.

Çempionatın lideri “Liverpul” öz meydanında “Mançester Yunayted”lə görüşüb. Mersisaydlılar hər hissədə bir qol vuraraq qələbə qazanıblar.

Liderlər qrupunda yer alan “Lester” xal itkisi ilə üzləşib. “Bernli” iddialı rəqibini büdrədib.

Qeyd edək ki, növbəti turun oyunları yanvarın 21-23-də keçiriləcək.

İngiltərə Premyer Liqası

XXIV tur

19 yanvar 

“Bernli” – “Lester” – 2:1 

Vud, 56, Vestvud, 79 – Barnes, 33 

“Liverpul” – “Mançester Yunayted” – 2:0 

Van Deyk, 14, Salah, 90

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol