Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik Dairə Seçki Dairəsindən namizədi İqbal Məmmədov bu gün seçkiqabağı təşviqat kampaniyası çərçivəsində rayonun 6 kəndini özündə birləşdirən Blaband kənd inzibati ərazi dairəsində seçicilərilə görüş keçirilib.
Görüşdə kənd ağsaqqalları, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclərdən ibarət 200 nəfərdən artıq seçici iştirak edib.
İlk öncə 20 Yanvar hadisələrində və eləcədə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə ötən 5 il ərzində fəaliyyət və qarşıda duran məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda partiyan “Daha güclü Azərbaycan naminə!” seçki devizi altında uğur qazanacağından və növbəti 5 ildə də nailiyyətlərin olacağından bəhs edilib.
Görüşdə iştirak edən seçicilər Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini və partiyanın namizədinə yekdilliklə səs verəcəklərini bildiriblər.
Lerikin sərt iqlim şəraitinə baxmayaraq, İqbal Məmmədov təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

Şərhlər