Menu

Liviya üzrə Berlin konfransında kommünike qəbul olunub – Yenə ümumi sözlər

20.01.2020, 00:40
Liviya üzrə Berlin konfransında kommünike qəbul olunub – Yenə ümumi sözlər

Liviya üzrə Berlində keçirilən konfransın qəbul etdiyi kommünikenin layihəsində atəşin kəsilməsi rejimini pozan tərəfə sanksiya tətdiq olunacağı nəzərdə tutulur. Bu barədə CNN xəbər verib.

«Biz Birləşmiş Mİllətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasını qəbul olunmuş atəşkəsi pozan tərəfə sanksiya tətbiq etməyə və BMT üzvü ölkələrin buna əməl etməsinə çağırırıq» - kommünike layihəsində deyilir.

Bundan başqa, telekanalın məlumatına görə, sənədin layihəsində digər ölkələrin Liviyanın daxili işlərinə qarışmasının yolverilməz olduğu bildirilir.

Yekun kommünikedə Liviyanın neft obyektlərinə və infrastrukturuna hücumların yolverilməz olduğu da qeyd edilə bilər.

Məlumata görə, kommmünikedə Liviya tənzilmənmsi prosesinin 6 «zənbil»ə bölünməsi təklif olunur: atəşin dayandırılması, silah embarqosuna əməl olunması, siyasi proses, təhlükəsizlik sektorunda islahatlar, iqtisadi islahatar, humanitar hüquq və insan hüquqları.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol