Menu

"20 Yanvar faciəsində həyatını itirənlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaq" - Böyük Britaniya səfiri

20.01.2020, 09:45
"20 Yanvar faciəsində həyatını itirənlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaq" - Böyük Britaniya səfiri

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

"Report"un xəbərinə görə, səfir bu barədə öz sosial şəbəkə hesabında yazıb.

“Artıq 30 ildir ki, Azərbaycan xalqı 20 Yanvar - Qanlı Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır. Yanvar şəhidləri Azərbaycanın müstəqilliyinin bərpasında xüsusi rol oynamışlar. Böyük Britaniya höküməti və öz adımdan Azərbaycan xalqına və şəhid olanların ailələrinə dərin hüznlə başsağlığımı çatdırıram. Bu faciədə həyatını itirənlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”, - səfir əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol