Ucarda bir ailənin 3 üzvü yol qəzasında xəsarət alıb - FOTO

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Namiq Sabir oğlu Əliyevin idarə etdiyi "Nissan" markalı minik maşını Rasif Seyidovun idarə etdiyi "VAZ-2106" markalı maşınla toqquşub. Nəticədə sürücü N.Əliyevin anası, 1948-ci il təvəllüdlü Əsmayə İslam qızı Qasımova, qızları - 2008-ci il təvəllüdlüFəxri və 2012-ci il təvəllüdlü Şəxri Əliyevalar müxtəlif xəsarətlər alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar