Menu

Çadda terror aktı nəticəsində 9 nəfər həlak olub

20.01.2020, 19:46
Çadda terror aktı nəticəsində 9 nəfər həlak olub

Çadda terror aktı nəticəsində doqquz nəfər dinc sakin həlak olub.

APA-nın TASS Agentliyinə istinadəla verdiyi xəbərə görə, hadisə bazar günü axşam Lak regionundakı yaşayış məntəqəsində baş verib.

"Boko haram" qrupları həmin əraziyə tez-tez hücumlar təşkil etsə də təşkilatın terror aktını təşkil edib-etməməsi dəqiqləşməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol