Menu

Bakıda mənzildə 84 yaşlı kişinin meyiti aşkarlanıb

20.01.2020, 20:02
Bakıda mənzildə 84 yaşlı kişinin meyiti aşkarlanıb

Bakıda mənzildə meyit aşkarlanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Qurbanov Nəbi Niftəli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol