PƏRVİN KƏRİMZADƏ ŞƏHİD AİLƏLƏRİNİ ZİYARƏT EDİB - FOTOLAR

37 saylı Nizami birinci (Gəncə) Seçki Dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAPdeputatlığa namizədi Pərvin Kərimzadə bu gün şəhid ailələrini evlərində ziyarət edib.

Namizədin Seçki Qərargahından AzPolitika.info-ya verilən məlumata görə, 1992-ci ildə Fizuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan Bəhlul Allahamanovun, Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olan Faiq Mürsəlovun, Aprel şəhidi kapitan İnqilab Quliyevin ailə üzvlərilə görüşən Pərvin Kərimzadə bildirib ki, şəhidlik vətənpərvərliyin ən ali məqamıdır.

”Şəhidlik ucalığına yüksələnlərin şərəfli ömür yolu hər kəs üçün örnəkdir. Qəhrəmanlıq bir anın bəhrəsi deyil. Xarakterin, tərbiyənin, cəmiyyətin, ailənin gücü ilə diktə olunan keyfiyyətdir” - söyləyən Pərvin Kərimzadə bildirib ki, şəhidlərin ailə üzvləri həmişə başlarını dik tutmalıdırlar. Çünki onların əzizləri müqəddəs torpaq - Vətən uğrunda canlarını qurban veriblər.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə, ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Həmçinin Pərvin Kərimzadəyə qarşıdan gələn növbədənkənar parlament seçkilərində uğurlar arzulayıblar.




635x100

Şərhlər

Əfqan 2020-01-20 20:37:14

Görəsən seçiləndən sonra da belə fəal olacaqlar ?

Son yazılar