QAZAXDA SEÇKİYƏ MÜDAXİLƏ EDİLİR – Müstəqil namizəd Göyüşov seçicilərə müraciət etdi + VİDEO

107 saylı Qazax Seçki Dairəsindən deputatlığa müstəqil namizəd Ramil Göyüşov seçicilərə növbəti video müraicət ünvanlayıb. 

Namizədin Seçki Qərargahından Azpolitika.info-ya verilən məlumata görə, R.Göyüşov çıxışında rayondakı seçkiqabağı mühitə diqqət çəkib, bəzi mənfi tendensiyalara münasibət bildirib: “Hazırda Qazaxda bəzi məmurlar öz ənənəvi oyunlarını oynayırlar. “Deputat artıq “yuxarıdan” seçilib” kimi şaiyələr yayırlar. Bununla xalqda özünə inamı azaltmağa çalışırlar. Dövlət işlərində çalışanlara hədə qorxu gəlir, işdən uzaqlaşdırılacaqları ilə qorxutmağa çalışırlar.

Bunların hamısı bəzi qeyri-peşəkar məmurların və məntəqə sədrlərinin oyunudur. “Yuxarıdan” heç kim seçilməyib. Möhtərəm Prezidentimiz növbədənkənar parlament seçkilərində imkan yaradıb ki, xalq öz namizədlərini seçsin...”.

Ramil Göyüşovun müraciətinin tam mətni ilə aşağıdakı videoda tanış ola bilərsiniz.

Xatırladaq ki, 107 saylı Seçki Dairəsindən hakim Yeni Azərbaycan partiyasının namizədi Səməd Seyidovdur.

AzPolitika.info

635x100

Şərhlər

Miryusif 2020-01-21 01:35:35

YAP üzvü olan necə müstəqil namizəd kimi ortaya atılır? Bəs YAP-ın siyahisi?Bu nə demək olduğunu MSK anlayırmı?ı

Son yazılar