Dünən sovet-rus qoşunlarının Azərbaycana təcavüzü nəticəsində baş verən qanlı 20 Yanvar faciəsinin 30-cu ildönümü idi.
Bununla əlaqədar olaraq, növbədənkənar parlament seçkilərində 22 saylı Nəsimi ikinci dairədən deputatlığa namizəd professor Vüqar Məmmədov dünən Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyub, xatirələrini ehtiramla yad edib.
Professor Vüqar Məmmədov 1990-cı ilin qanlı 20 Yanvar gecəsi baş verən dəhşətli qətliamı xatırlayaraq, həmin gün xalqımızın növbəti qəhrəmanlıq səlnaməsi yazdığını bildirib. Qeyd edib ki, 20 Yanvar sovet imperiyasının dağılmasına səbəb olan hadisələrdən biri kim tarixdə qalıb.
22 saylı Nəsimi ikinci dairədən deputatlığa namizəd professor Vüqar Məmmədovun Şəhidlər Xiyabanında jurnalistlərə verdiyi açıqlamanı təqdim edirik:

Şərhlər