Menu

Səudiyyə ordusunda qadın bölməsi yaradılıb - İlk dəfə

21.01.2020, 14:24
Səudiyyə ordusunda qadın bölməsi yaradılıb - İlk dəfə

Səudiyyə Ərəbistanı (SƏ) silahlı qüvvələrində tamamilə qadınlardan ibarət ilk qadın bölməsi yaradılıb (Arab News).

Quru qoşunları, hərbi-dəniz qüvvələri və hava-hücumundan müdafiə qoşunlarında, tibb xidmətlərində və raket hissələrində kiçik kapral, kapral, serjant və qərargah serjantları çinində orduya daxil olmaq istəyən səudiyyəli qadınlara 2019-cu ilin oktyabrından müraciət etməyə icazə verilib.

Bu, bir yenilikdir. Analitiklər isə onu vəliəhd şahzadə Salmanın təsirinin nəticəsi hesab edirlər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol