Seul Yaxın Şərqə əlavə qüvvələr göndərəcək – ABŞ-ın təzyiqi altında

Cənubi Koreya Hörmüz bağazına (Fars körfəzini Ərəbistan dənizi ilə birləşdirir) hərbi-dəniz esminesi və 300 hərbçi göndərəcək. Bu barədə yanvarın 21-də ölkə hakimiyyəti xəbər verib. «Əl-Ərəbiyyə» telekanalının xəbər verdiyi kimi, Seulun bu addımı İranla onun münasibətlərini mürəkkəbləşdirə bilər. O da bildirilir ki, Seul bu addımı Vaşinqtonun təzyiqi altında atıb.

Ötən ilə qədər Birləşmiş Ştatlar İslam Respublikasından neft tədarükünə tam embarqo qoyub və öz həmkarlarından tələb edib ki, İrandan neft almaqdan imtina etsinlər,Cənubi Koreya də İrandan yanacaq alan aparıcı alıcılardan olub. Seulun bu günə qədər idxal etdiyi neftin 70 faizə qədəri Yaxın Şərqin payına düşür.

Müdafiə nazirliyinin bəyanatında deyilir ki, Cənubi Koreya müvəqqəti olaraq özünün hərbi-dəniz missiyasının yerləşmə zonasını genişləndirmək qərarına gəlib. Bu zona Somali sahillərindən tutmuş Hörmüz boğazına qədər genişlənir.

Təsdiqlənir ki, artıq Yaxın Şərqin beynəlxalq sularında yerləşdirilmiş və ora yeni göndərilmiş Cənubi Koreya qüvvələri ABŞ-ın dəniz missiyasının bir hissəsi olmayacaq. Bu zaman qeyd edilir ki, Cənubi Koreya HDQ-nin 2 rabitə zabiti «informasiya mübadiləsi» məqsədilə ABŞ dəniz koalisiyasının qərargahına göndəriləcək.

Xəbər verildiyi kimi, Yaponiya da ticarət gəmilərinin müdafiəsi məqsədilə Yaxın Şərqə hərbi gəmi və patrul təyyarələri göndərəcək, belə ki, bölgədə vəziyyət qeyri-stabil olaraq qalır. Yaponiya xam neft idxalının 90 faizini bu bölgərin hesabına ödəyir. Bu barədə Yaponiya hökumətinin rəsmi nümayəndəsi dekabrın 27-də bəyan edib.

Sindzo Abe kabineti tərəfindən təsdiqlənmiş plana uyğun olaraq, hərbi-dəniz missiyası çərivəsində bölgəyə vertolyotla birlikdə esmines və iki P-3S patrul təyyarəsi göndəriləcək.

Əgər hansısa bir fövqəladə situasiya yaranarsa, Yaponiya müdafiə nazirliyi xüsusi əmr imzalayacaq. Bununda da ölkə hərbçilərinə «təhlükədə olan gəmilərinin» müdafiəsi üçün silahdan istifadə etməyə icazə verilmiş olacaq.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar