Çində virusdan ölənlərin sayı artıb - Ümumdünya Səhiyyə Təşkilatı toplaşır

Çində peyda olan yeni korona virusundan ölənlərin sayı 9 nəfərə çatıb. Reuters agentliyi bundan başqa 400-dən çox adamın bu virusa yoluxduğunu xəbər verir.

Ötən ilin sonlarında Çinin Vuhan şəhərində peyda olan virus ,paytaxt Pekin, Şanxay və ölknin digər şəhərləri ilə yanaşı xarici ölkələrə-ABŞ, Avstraliya, Tayland,Cənubi Koreya,Yaponiya və Tayvana da keçib.

Çinin səhiyyə rəsmiləri bəyan edib ki, qripəbənzər bu virus insandan-insana keçə bilir və pnevmaniya xəstəliyi törədir. Ümumdünya səhiyyə təşkilatı yanvarın 22-də yaranmış vəziyyətlə pağlı təcili iclas çağırıb.


Pekin dəmiryol vağzalı, 21 yanvar, 2020

Yeni virusa görə region ölkələrinin hava limanlarında nəzarət gücləndirilib, qabaqlayıcı tədbirlər görülür. Azərbaycanın səhiyyə nazirliyi də bugünlərdə məlumat yayaraq, Çinə səfər edən azərbaycanlı turistlər və iş adamlarına ehtiyatlı olmağı tövsiyə edib.

Həmçinin Gömrük xidməti gücləndirilmiş iş rejiminə keçib. Amma Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyir ki, bu virusun Azərbaycanda yayılma riski çox aşağıdır.

O Azvision.az saytına açıqlamasında bildirib ki, yeni virus hava-damcı, qida, ərzaq məhsulları və təmasla insanlara yoluxa bilər.

Cəlal İsayev qeyd edib ki, yeni virus qidayla keçəndə bağırsaq pozuntusuna, hava və damcı ilə keçəndə isə tənəffüs yolları və ağ ciyərdə fəsadlar törədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar