Menu

İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib

23.01.2020, 00:30
İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib

İraqda oktyabr ayının əvvəlindən bəri davam edən etirazlarda 600-dən çox iraqlı ölüb.

APA RİA Novosti-yə istinadla xəbər verir ki, bu sözləri İraq Prezidenti Barham Saleh çərşənbə günü İsveçrənin Davos şəhərində keçirilən forumda söyləyib.

"Zorakılıq aktlarının 600 günahsız nümayişçinin, gəncin ölümünə səbəb olması ağrılı və utandırıcıdır. Bu cinayətləri qınayıram, qanunu pozanlar gec-tez məsuliyyətə cəlb olunacaq”, -deyə prezident vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol