Gürcüstanda qripdən daha bir nəfər ölüb

Gürcüstanın Zuqdidi şəhərində gənc qadın qrip virusundan ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, Abxaziyadan məcburi köçkün olan 22 yaşlı pasiyent yanvarın 19-da xəstəxanaya yerləşdirilib.

Daha sonra o, Kutaisi xəstəxanasına çatdırılıb. Gənc qadın ötən gün Tbilisi xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, yanvarın 8-də Gürcüstanın Çiatura rayonunda 30 yaşlı qadın da qripdən ölüb.

Hazırda qonşu ölkədə 100 min nəfər əhali arasında 216 qrip virusuna yoluxma halı qeydə alınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar