Məhkəmə Zahir Əzəmətin şikayətini təmin etməyib

Sumqayıt Apelyasiya Məhkəməsi Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 45 saylı Abşeron Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Zahir Rəhimovun (Əzəmət) şikayətini təmin etməyib.

APA-nın məlumatına görə, bu barədə Zahir Əzəmət sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının (MSK) qərarını qüvvədə saxlayıb və Zahir Rəhimovun deputatlığa namizədliyi qeydə alınmayıb. Z. Əzəmət məsələ ilə bağlı Ali Məhkəməyə müraciət edəcəyini bildirib.

Qeyd edək ki, "Qaynarinfo.az" saytının baş redaktoru Zahir Əzəmət (Rəhimov) 45 saylı Abşeron Seçki Dairə Komissiyasının (DSK) namizədliyini qeydə almamaqla bağlı qərarından MSK-ya şikayət etsə də, MSK DSK-nın qərarını qüvvədə saxlayıb. Bundan sonra o, Bakı Apelyasiya Məhkəməsinə şikayət ünvanlayıb. Bakı Apelyasiya Məhkəməsi isə şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinə göndərib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar