Çində koronavirusa yoluxanların sayı 2002-ə, ölənlərin sayı 56-ə çatıb


Çində koronavirusa yoluxanların sayı çoxalıb. Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Çin Xalq Respublikası Regionlarının Gigiyena və Səhiyyə Məsələləri üzrə Komitəsinin məlumatına görə, koronavirusa yoluxanların sayı 2002nəfərə çatıb. Qeyd edilir ki, yeni xəstəlik həmçinin 56 nəfərin həyatına son qoyub.

Çin hakimiyyəti daha əvvəl 1975 nəfərin xəstəliyə yoluxması barədə xəbər yayıb. 

***

Çinin müxtəlif ərazilərində koronavirusa yoluxanların sayı artıb.

“Report” RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən Çinin Mərkəzi televiziyası bildirib.

Məlumata görə, koronavirusa yoluxanların sayı 1372 nəfərə çatıb.

Telekanalın məlumatına görə, hazırda Çində 1372 nəfərdə pnevmaniyanın yeni növü qeydə alınıb. Onlardan 41-i ölüb, daha 39 nəfər sağalıb və xəstəxanalardan buraxılıb.

Daha əvvəl 1287 nəfərin xəstəliyə yoluxduğu bildirilirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar