Menu

Çində koronavirusla yoluxmuşlar üçün yeni xəstəxana tikiblər - Cəmi iki günə

30.01.2020, 23:15
Çində koronavirusla yoluxmuşlar üçün yeni xəstəxana tikiblər - Cəmi iki günə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çinlə iki gün ərzində koronovirus yoluxmuş xəstələr üçün çoxmərtəbəli bir xəstəxana tikiblər. Bu tibb müəssisəsi təxminən, 1000 nəfərə hesablanıb.

«Dabie Mountain» adlı tibb müəssisəsi Uxan şəhərinin yaxınlığında - təhlükəli virus epidemiyasının başlandığı ərazidə açılıb. Onu may ayında açmaq planlanırdı. Ancaq epidemiya fonunda qərara alınıb ki, işlər sürətləndirilsin. Bu barədə yerli CGTN telekanalı xəbər verib.

Xəstəxana avadanlığı ilə sutka ərzində 500-dən artıq inşaatçı və elektrik məşğul olub. Binada hazırda su, elektrik və internet var.

Uxanın özündə də indi qısa müddətə atipik pnevmaniya ilə yoluxmuşlar üçün daha 4 xəstəxana tikilir. Şəhər karantinə bağlanıb, oraya giriş-çıxış qadağan olunub.

Son məlumata görə, Çində 7,7 min nəfərdəe artıq insan koronovirusa yoluxub, onlardan 170 nəfəri ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol