İspaniyada muxtar vilayət olan Kataloniyanın başçısı Artur Mas sentyabrın 27-də müstəqillik referendumunu rəsmən elan edib.
Referendum noyabrın 9-na təyin olunub.
Referenduma daha əvvəl vilayət parlamenti 106 deputat lehinə, 28 deputat əleyhinə olmaqla dəstək vermişdi.
“Media forum” saytı bildirir ki, referenduma “Siz Kataloniyanın dövlət olmasını istəyirsinizmi”, “Kataloniyanın müstəqil dövlət olmasını istəyirsinizmi” sualları çıxarılıb.


Şərhlər