Menu

Qeydiyyatdan keçən beynəlxalq və yerli müşahidəçilərin sayı açıqlanıb

31.01.2020, 19:05

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar indiyə qədər 64 min 48 yerli müşahidəçi qeydiyyatdan keçib.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədriMəzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O əlavə edib ki, parlament seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı 842-yə çatıb.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol