Menu

Azərbaycan vətəndaşlarının koronavirusa görə Çindən təxliyə prosesi başlayıb

31.01.2020, 20:38
Azərbaycan vətəndaşlarının koronavirusa görə Çindən təxliyə prosesi başlayıb

Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyə prosesi başlayıb. “Report” xəbər verir ki, hazırda yola düşəcək şəxslər avtobuslarla aeroporta göndərilir.

Şəhər hava limanında müayinə edildikdən sonra qızdırma və başqa əlamətlər aşkar edilməsə, onların bu gecə Türkiyə Ordusuna məxsus nəqliyyat təyyarəsinə mindirilərək aparılacağı gözlənilir.

Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Uhandakı Azərbaycan vətəndaşlarını təxliyə edəcəklərini açıqlamışdı.

Qeyd edək ki, Uhan şəhərində 7 nəfər Azərbaycan vətəndaşı yaşayır. Onlar, əsasən, tələbələrdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol