Menu

KİV: fevralın 6-7-də Bakıda Rusiya-NATO danışıqları planlaşdırılır

02.02.2020, 17:20
KİV: fevralın 6-7-də Bakıda Rusiya-NATO danışıqları planlaşdırılır

Fevralın 6-7-də Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovun NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Tod Uolterslə danışıqlarının keçirilməsi planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə diplomatik mənbə RİA “Novosti”yə bildirib.

"Qarşıdakı həftədə, təxminən 6-7 fevralda, Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimovun NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin komandanı, Amerika generalı Tod Uolterslə danışıqları planlaşdırılır. Gündəliyi yalnız tərəflər bilir. Bakı ənənəvi görüş yeridir", - mənbə agentliyə bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol