Menu

Məhkəmə Serj Sarqsyanla bağlı cinayət işini icraata götürüb

03.02.2020, 20:24
Məhkəmə Serj Sarqsyanla bağlı cinayət işini icraata götürüb

Yerevan Şəhər Ümumi Məhkəməsi Ermənistanın sabiq prezidenti Serj Sarqsyanla bağlı cinayət işini icraata qəbul edib.“Report” TASS-a istinadən xəbər verir ki, sabiq dövlət başçısı külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Xatırladaq ki, Ermənistan Xüsusi İstintaq Xidməti ötən il dekabrın 4-də Serj Sarqsyana qarşı 2013-cü ilin 25 yanvar - 7 fevral tarixlərində 489 milyon dramın (1 milyon ABŞ dolları) bir qrup vəzifəli şəxs tərəfindən israf olunmasında təşkilatçı qismində iştirak etməsi ilə bağlı ittiham irəli sürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol