Menu

Doğuş zamanı baş verən ölümlə bağlı cinayət işi başlanılıb

04.02.2020, 09:31
Doğuş zamanı baş verən ölümlə bağlı cinayət işi başlanılıb

Lənkəranda qadının doğuş zamanı ölməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, hadisə fevralın 3-də Lənkəran Regional Perinatal Mərkəzində qeydə alınıb.

Belə ki, Lənkəran rayon Girdəni kənd sakini, 1996-cı il təvəllüdlü Gülnar Babayeva doğuş üçün keçirilən qeysəriyyə kəsiyi əməliyyat zamanı qız uşağı dünyaya gətirib. Bir neçə saat sonra ana xəstəxanaölüb.

Faktla bağlı Lənkəran rayon prokurorluğiunda Cinayət Məcəlləsinin 314-2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol