Menu

“Sabah Tramp Belarusa gəlsə, ruslar nə edəcəklər?” - Lukaşenko

04.02.2020, 15:00
“Sabah Tramp Belarusa gəlsə, ruslar nə edəcəklər?” - Lukaşenko

"Belarus Rusiya ilə yaxın dostluq münasibətlərinə önəm verir”.

APA-nın BELTA-ya istinadla verdiyi xəbərə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Biz sadəcə ədalətli, həqiqi və şəffaf münasibətlər istəyirik. Eynisini istəmirsinizsə, o zaman qışqırmayın ki, ABŞ Dövlət katibi Pompeo Belarusa gəldi, sabah da Donald Tramp Belarusa gələcək. O zaman bunlar nə edəcəklər?”, - deyə Belarus Prezidenti vurğulayıb.

Belarusun müstəqil xarici siyasət yürüdən suveren bir dövlət olduğunu qeyd edən A. Lukaşenko bunun Rusiyaya zərər vermədiyi qənaətindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol