Menu

Oleq Kononov "Riqa"nı Azərbaycan millisindən üstün tutub

04.02.2020, 22:34
Oleq Kononov "Riqa"nı Azərbaycan millisindən üstün tutub

Azərbaycan milli komandasının baş məşqçisi postuna namizədlərin siyahısında dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, AFFA-nın nəzərdən keçirdiyi 32 mütəxəssisdən biri namizədlər sırasından çıxıb.

Bu, tanınmış rusiyalı məşqçi Oleq Kononovdur. O, AFFA-dakı namizədliyi deyil, Latviyadan aldığı təklifi daha ciddi sayaraq Baltikyanı ölkəyə yollanmağa üstünlük verib.

53 yaşlı mütəxəssis “Riqa” klubunun baş məşqçisi olacaq. Latviya çempionu ilə anlaşan rusiyalı mütəxəssisin sabah rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, O.Kononov karyerası ərzində Rusiyada “Spartak”, “Krasnodar”, “Arsenal”, “Axmat” kimi klubları çalışdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol