Sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 52 nəfər yüngül xəsarət alıb.
"AzPolitika" xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya məlumat verib.
***
Təyyarə eniş zamanı qəzaya uğrayıb
"AzPolitika" Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulun Sabiha Gökçen hava limanında İzmir-İstanbul səfəri edən təyyarə eniş zamanı qəzaya uğrayıb. Sonra təyyarədə yanğın baş verib. Təyyarənin içərisindəki sərnişinlər təxliyə olunur.
Sabiha Gökçendə təyyarə qəzasından sonra hava limanında uçuşlar dayandırılıb. Yaralı və itki ilə bağlı hələlik heç bir açıqlama verilməyib.



Şərhlər