Menu

"Qarabağ"dan "Neftçi"yə dərs

27.09.2014, 18:27
"Qarabağ"dan "Neftçi"yə dərs

"Bakı" klubu isə nəhayət ki, qələbə qazanıb

Bu gün Topaz Premyer Liqasında VII tura start verilib.

ANS-in məlumatına görə, millinin oyunlarına görə yaranacaq fasilədən öncəki son turun ilk oyun günündə 3 matç baş tutub.

Turun mərkəzi qarşılaşması İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionununda keçirilib. Azərbaycan derbisində "Qarabağ" əzəli rəqibi "Neftçi"ni 3:1 məğlub edib.

Digər matçda "Bakı" "Araz Naxçıvan"ı 2:1 məğlub edib.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. "Qəbələ" "Xəzər Lənkəran"ı, "Simurq" "Sumqayıt"ı qəbul edəcək.

AZAL – “İnter” oyununda birinci hissədən sonra AZAL 1:0 hesabı ilə irəlidədir.

27 sentyabr (şənbə)

“Neftçi” – “Qarabağ” 1:3

Qol: Ernest Nfor,87, Riçard Almeyda,35, M. Muarem,76, Vüqar Nadirov,85

“Bakı” – “Araz Naxçıvan” 2:1

Qol: Tural Qürbətov, 28, Nuran Qurbanov,74 , Elmin Çobanov,50

AZAL – “İnter” 1:0 (İkinci Hissə)

Qol: Kərim Diniyev,5

28 sentyabr (bazar)

18:00. “Simurq” – “Sumqayıt”

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rəvan Həmzəzadə, Sərxan İsmayılov

Zaqatala şəhər stadionu

19:00. “Qəbələ” – “Xəzər Lənkəran”

Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Elşən Acalov, Ramil Əhmədov

Qəbələ şəhər stadionu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol