Menu

"Mənə küt alətlə hücum edildi" - Fəzail Ağamalı

06.02.2020, 19:42
"Mənə küt alətlə hücum edildi" - Fəzail Ağamalı

60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya küt alətlərlə hücum edilib.

"Report" xəbər verir ki, bu barədə F.Ağamalı özü bildirib.

Onun sözlərinə görə, hadisə Salyan rayonunun Qarabağlı kəndində seçicilərlə keçirdiyi görüşü başa çatdırandan sonra baş verib: "Deputatlığa namizəd Kamil Müsəvi müxtəlif bölgələrdən gətirdiyi insanlar ilə birlikdə aqressiv şəkildə üzərimə hücum etdilər. Söyüş və təhqiramiz davranışlarla mənə və tərəfdarlarıma fiziki təzyiq göstərdilər. Minik maşınıma əllərindəki küt alətlərlə zərbələr vurmağa başladılar".

F.Ağamalı hadisə ilə bağlı Baş Prokuror Zakir Qaralova, Daxili İşlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət edib.

Şərhlər

letif 2020-02-07 10:52:18

o geyindiyin mundirden ayibdir

eko 2020-02-07 09:04:02

Yashdi adamsan , qed otur evinde ! deputat olanda xalqa ne eledinki indide tezeden olmaq isdeyirsen ) ayibdiyeee ) day dedilerki ishdeye bilmemisiz , tezeden namizedliynizi verirsiz , analoqu olmayan deputatlarimiz((((

Omer 2020-02-07 06:32:35

Fezail bey yaxsi I San ve lazim siz deputatdir. Kamil qehraman fir. Xalq oz secimi de yanilmaz. Fezail begin, he ise prezdentle namizedlerin ilkini verren Adam in mence sansi yoxdu. Ugurlar

eko 2020-02-07 03:02:02

Utanmirsan !!!!? yene drputat olmaq isteyirsen )))

Oxucu 2020-02-07 02:49:43

bəs nə bilirdin sən Qusqanı təpikləyəndə necə olurdu.Anası ağlar qalıb.səni seçmək istəmirlər vəssalam.

elxan 2020-02-06 23:32:58

fəzayıl bu da Hüseyn dəyilki üzünə durub saldırasan zindana. küt alət harana dəydi fəzayil.... i fəzayıl haran ağrıyır fəzayıl...

Valeh 2020-02-06 22:56:53

Insanda azca olsa da abır-həya olmazmış. Sən bilmirsən millət sənə çoxdandır ki, nifrət edir. Ətrafında ailəsində bir normal adam yoxdur ki, sənə bəsdir desin?

Elşen 2020-02-06 20:38:49

Xalq seni istemirse özünü biabir etme el çek bu sevdadan!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol