Menu

"Con" ləqəbli keçmiş məhkum həmyerlisini bıçaqlayıb

07.02.2020, 13:38
"Con" ləqəbli keçmiş məhkum həmyerlisini bıçaqlayıb

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Tovuz rayon sakini, 1969-cü il təvəllüdlü Vidadi Bilalov mübahisə zəminində bir neçə bıçaq yarası alıb və xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs rayon ərazisində "Con" ləqəbi ilə tanınan keçmiş məhkum Tariyel Tağıyevdir.

O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol