Ermənistanın baş naziri Nikol Paşinyan gələn həftə Almaniyaya səfəri zamanı Kansler Angela Merkel ilə görüşəcək.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsinin müavini Ulrike Demmer məlumat verib.
Onun sözlərinə görə, Paşinyan fevralın 13-də Berlinə gedəcək və Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.
"Danışıqların mövzusu ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq, habelə xarici və təhlükəsizlik siyasətinə aid məsələlər olacaq", - Demmer bildirib.
Münhen Təhlükəsizlik konfransı 14-16 fevral tarixlərində keçiriləcək.


Şərhlər
Azərbaycandan fərqli olaraq, Ermənistanla çox yaxşı münasibətləri vardır, əla münasibəylərə doğru sürətlə irəliləyir, burada tərəflərin maraqları ilə yanaşı erməni diplomatlarının peşəkərlığını da etiraf etmək gərəkdor. Bizimkilərdən fərqli olaraq, onlar qonaq ölkəni, onun mədəniyyətini və dilini əla bilirlər. Bizimkilər isə... onlardan heç danışmağa dəyməz... Hər şeyin alınıb-satıldığı xin adlı qurumdan başqa nəsə gözləmək sadəlövhlük olardı...