Bakı metrosunda daha bir həyəcanlı an yaşanıb. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə bildirib ki, hadisə bir neçə dəqiqə əvvəl metronun "Nəriman Nərimanov" stansiyasında baş verib.
Qatar stansiyaya yaxınlaşarkən bir nəfər özünü relslərin üstünə atıb. Maşinist dərhal qatarı saxlayıb. Xətt cərəyandan ayrılıb və həmin şəxs qatar yolundan çıxarılaraq polisə təhvil verilib.
Hadisə nəticəsində qatarların ümumi intervalında 10 dəqiqə gecikmə olub.


Şərhlər