Menu

“Bundan şərəf və qürur duydum” - Mövlud Çavuşoğlu

08.02.2020, 11:29
“Bundan şərəf və qürur duydum” - Mövlud Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunması ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, nazir bundan qürur duyduğunu bildirib.

“Hörmətli Prezident İlham Əliyevin əlindən dostluq ordenini almaqdan şərəf və qürur duydum”, - deyə o vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı ona Azərbaycanın “Dostluq” ordenini təqdim edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol