Menu

“Təşviqat mərhələsində 5 namizədə ciddi xəbərdarlıq etmişdik” - Məzahir Pənahov

08.02.2020, 17:16
“Təşviqat mərhələsində 5 namizədə ciddi xəbərdarlıq etmişdik” - Məzahir Pənahov

“Seçkilərin təşviqat mərhələsində 5 namizədə ciddi xəbərdarlıq etmişdik”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən mətbuat konfransında bildirib.

MSK sədri deyib ki, xəbərdarlığa əməl olunmasaydı, növbəti mərhələdə Baş Prokurorluğa müraciət olunacaqdı: “Xoşbəxtlikdən bu baş vermədi”.

Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol