Menu

Bakı polisi AXCP üzvünün saxlanılması iddiasını təkzib etdi

11.02.2020, 18:36
Bakı polisi AXCP üzvünün saxlanılması iddiasını təkzib etdi

“AXCP Yevlax rayonun təşkilatının üzvü Hüseynzadə Nəsib Yusif oğlunun tərəfimizdən saxlanması və 9-cu polis bölməsinə aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır”.

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xdimətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur: “Heç bir dəqiqləşdirmə aparmadan yayılıb, iddialar dezinformasiyadır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol