Menu

FHN Şamaxıda qarlı yolda qalan şəxsləri xilas edib

12.02.2020, 10:53
FHN Şamaxıda qarlı yolda qalan şəxsləri xilas edib

Şamaxıda minik maşını qarlı yolda qalıb.

APA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, Şamaxı rayonunun Dədəgünəş kəndində “Jeep” markalı minik avtomobilinin qarlı yolda qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərə köməklik göstərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol