Menu

Sabiq prezident siyasətə qayıdır

12.02.2020, 17:55
Sabiq prezident siyasətə qayıdır

Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili (2013-2018) siyasətə qayıdır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, özü yerli mətbuata bildirib.

Sabiq dövlət başçısı deyib ki, Gürcüstan ciddi təhlükə qarşısındadır və ölkənin qərbmeylli kursunun dəyişməməsi üçün hər şey etməyə hazırdır: “Biz Gürcüstanın demokratik və qərbyönümlü kursunu dəyişməyə imkan verməyəcəyik. Bu, ölkənin nə vaxtsa demokratik olacağı ümidi ilə yaşayanlar üçün əhəmiyyətlidir. Biz bu seçimi müdafiə etməyə çalışacağıq”.

G.Marqvelaşvili siyasətə hansı formada qayıdacağını dəqiqləşdirməyib və bu məsələ ilə bağlı müxalifətlə məsləhətləşmələrə hazır olduğunu qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol