Menu

Salyanda minik avtomobilləri toqquşdu, xəsarət alan var

12.02.2020, 23:09
Salyanda minik avtomobilləri toqquşdu, xəsarət alan var

Salyanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun şərti olaraq "Stansiya" adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, “Jiquli” markalı avtomobillə digər minik avtomobili toqquşub. Nəticədə 1987-ci il təvəllüdlü Cavadov Zəbulla Alim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Z.Cavadov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol