MİRƏLƏMOVUN DA NƏTİCƏLƏRİ LƏĞV OLUNDU - Saxtakarlıq olduğu təsdiqləndi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd Fuad Abbasovun müraciətinə baxılıb. 

Məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib. 

Qeyd edilib ki, ümumilikdə məntqələrin sayı isə 40-dır.

İclasda həmin dairənin 21 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. Beləliklə, həmin dairə üzrə nəticələr ləğv olunub.

Qeyd edək ki, bu dairənin lider namizədi Hüseynbala Mirələmov idi.

635x100

Şərhlər

Cabir 2020-02-15 10:56:19

Belə saxtakarlıqları edənlər niyə ifşa olunub cəmiyyətə çatdırılmır?

Son yazılar